”18 yaşıma kimi körpə yeməyi ilə qidalanmışam”

19:55 | 4 İyul, 2020

ABŞ-lı keçmiş qolfçu Paige Spiranac özü haqqında maraqlı etiraf edib.

Editor.az ölkə.az-a istinadən bildirir ki, son zamanlarda verdiyi açıqlamalarla tez-tez gündəmə gələn Paige Spiranac pərəstişkarlarını təəccübləndirməyə davam edir. O, sosial media hesabında canlı yayım edərək qolf kursuna gedərkən körpələr üçün nəzərdə tutulmuş siyıqla qidalandığını deyib. ”Anam tərkibində çörək və karbohidrat olduğuna görə qolf kursunda sandviç yeməyimə icazə vermirdi. Mənə ancaq siyıq yedizdirirdi. Çünki zərərli qidalar qəbul etməyimi istəmirdi. 18 yaşıma kimi körpə qidaları qəbul etmişəm” -deyə, o qeyd edib.

Mövzunu Facebookda şərh et