Moskvada koronavirusun ikinci dalğası olacaq? – Virusoloq açıqladıbackend

Moskvada koronavirusun ikinci dalğası olacaq? – Virusoloq açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Moskvada koronavirusun ikinci dalğası mümkün deyil”.

Editor.az oxu.az-a istinadən xəbər verir ki, bunu “İzvestiya”ya müsahibəsində rusiyalı virusoloq Pavel Volçkov söyləyib.

Rəsmi məlumata görə, Moskvada müayinə olunan vətəndaşların 20 faizində anticisimlər aşkarlanıb. Bununla birlikdə, yeni məlumatlara görə, populyasiyada T-hüceyrə immuniteti olan insanlar IgG anticisimləri olanlarla müqayisədə, 2-3 dəfə çoxdur.

Beləliklə, Rusiya paytaxtı sakinlərinin 40-60 faizində koronavirusa qarşı immunitetin yarandığını güman etmək olar.

Virusoloqun proqnoza görə, paytaxtda yoluxmuş insanların gündəlik artımı azalmağa başlayacaq və avqustun sonunda sıfıra yaxınlaşacaq. Bu müddətdə moskvalıların 80-90 faizində immunitet yaranacaq.