Lotereyada bəxti gətirdi, beş nəfərin ölümünə səbəb oldu

07:55 | 7 İyul, 2020

Lotereya uduşunu qeyd etmək istəyən qanalı kişi bədbəxt hadisə ilə üzləşib.

“MyJoyOnline” portalı xəbər verir ki, yüksək məbləğdə pul udan Visdom Kpodo adlı şəxs sevincini qeyd etmək üçün dostundan götürdüyü avtomobillə yaxınlıqdakı istirahət məkanlarının birinə yollanıb.

Sürət həddini aşan sürücü maşını yolun kənarındakı yaşayış evinə çırpıb. Evdə olan üç yeniyetmə, onların anası və nənəsi hadisə yerində həlak olublar.

V.Kpodo əvvəl hadisə yerindən qaçıb. Lakin qısa müddətdən sonra polisə gələrək, faciəyə səbəb olduğunu etiraf edib. Avtomobildə axtarış aparan hüquq-mühafizə orqanlarının əməkdaşları orada boş spirtli içki butulkaları aşkar ediblər.

Qəza baş verən vaxt sürücünün sərxoş olduğu müəyyənləşdirilib.

Mövzunu Facebookda şərh et