Mandzukiç “Əl-Duhail”dən ayrılıb

07:53 | 7 İyul, 2020

Futbol üzrə Xorvatiya yığmasının sabiq üzvü Mario Mandzukiç Qətərin “Əl-Duhail” klubundan ayrılıb.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə 34 yaşlı hücumçu sosial şəbəkə hesabında məlumat yayıb. O, klubla qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verdiklərini bildirib.

Qeyd edək ki, Mandzukiç “Əl-Duhail”ə 2019-cu ilin dekabrında “Yuventus”dan transfer olunmuşdu. O, bu komandada 7 oyuna cəmi 1 qol vurub.

Mövzunu Facebookda şərh et