Dünyada 11,6 milyondan çox insan koronavirusa yoluxubbackend

Dünyada 11,6 milyondan çox insan koronavirusa yoluxub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada sutka ərzində yeni koronavirusa yoluxma hallarının sayı 121 mindən çox artaraq 11,6 milyonu keçib.

Editor.az Trend-ə istinadən bildirir ki, ölənlərin sayı isə 538 min nəfəri keçib.

Məlumata əsasən, yoluxanların ümumi sayı 11 674 482, ölənlərin isə 538 818 nəfərə çatıb.

Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb – 6 059 906 yoluxma və 269 977 ölüm halı.

İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 2 490 950, ölənlərin sayı isə 193 972 nəfərə çatıb.

Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 1 170 720 yoluxma və 27 566 ölüm halı qeydə alınıb.