Ərdoğan Nazarbayevlə danışıqlar aparıb

07:55 | 7 İyul, 2020

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayev ilə telefon danışığı aparıb.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsindən bildirilib.

Məlumata görə, söhbət əsnasında Türkiyə lideri həmsöhbətini ad günü münasibəti ilə təbrik edib, ona cansağlığı və uzun ömür arzulayıb.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər, regional əməkdaşlıq və COVID-19 pandemiyası ilə mübarizədə əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparıblar.

Mövzunu Facebookda şərh et