Sabirabadda gənc oğlan elektrik vurmasından ölüb

11:35 | 7 İyul, 2020

Sabirabad rayonunda gənc oğlanı elektrik enerjisi vurub öldürüb.

Editor.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Rüstəmli kəndində qeydə alınıb.

Kənd sakini, 1992-ci il təvəllüdlü Paşazadə Kamran Vidadi oğlunu su nasosunu nizamlayarkən elektrik cərəyanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

Mövzunu Facebookda şərh et