İndoneziya sahillərində zəlzələ baş verib

11:49 | 7 İyul, 2020

İndoneziyanın Yava adasının sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.

Editor.az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri Semaranq şəhərindən 142 km şimalda (Mərkəzi Yava əyalətinin inzibati mərkəzi) olub.

Yeraltı təkanların ocağı isə 525 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Mövzunu Facebookda şərh et