Sumqayıtda silahlı şəxs tutuldu

12:56 | 7 İyul, 2020

Sumqayıtda silahlı şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 5-də Sumqayıt şəhəri 9-cu mikrorayonun ərazisində şəhər sakini V.Abbasov sərxoş halda ov tüfəngi ilə Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 3-cü Polis Bölməsinə təhvil verilib.

Ondan 1 ədəd müvafiq sənədləri olan ov tüfəngi, 5 ədəd patron, 1 ədəd bıçaq götürülüb.

Araşdırma aparılır.

//Yenisabah.az

Mövzunu Facebookda şərh et