Azərbaycan nefti bahalaşır

19:29 | 7 İyul, 2020

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyulun 6-da 44,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,51 dollar/barel çoxdur.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 43,83 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,49 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 43,36 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,5 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti 43,43 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 0,28 dollar/barel çoxdur.

Mövzunu Facebookda şərh et