Fransanın yeni hökumətinin tərkibi elan olunub

19:51 | 7 İyul, 2020

Fransanın yeni Baş Naziri Jan Kasteksin ilk hökumətinin tərkibi elan olunub.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, yeni hökumətdə 31 nazir təyin olunub. Yeni hökumət 14 kişi və 17 qadın nazirdən ibarətdir. Sabah Nazirlər Şurasının ilk iclası keçiriləcək.

Əvvəlki hökumətin kənd təsərrüfatı, ədliyyə, daxili işlər və mədəniyyət nazirləri vəzifələrindən azad edilib. Dövlət Büdcəsi naziri Jerar Darmənən daxili işlər nazir təyin olunub. Dövlət katibi Qabriel Attal hökumətin sözçüsü təyin olunub.

Mövzunu Facebookda şərh et