Moskvada son sutkada koronavirusdan ölənlərin sayı 24 nəfərə çatıb

19:52 | 7 İyul, 2020

Moskvada son sutka ərzində koronavirusdan 24 nəfər dünyasını dəyişib.

Editor.az APA-ya istinadən xəbər verir ki, bu barədə epidemiya ilə bağlı paytaxtda yaradılmış Əməliyyat Qərargahı məlumat yayıb.

Bununlada paytaxtda ölənlərin ümumi sayı 3999 nəfərə çatıb.

Qeyd edək ki, Rusiyada ümumilikdə 687 862 yoluxma, 10 296 ölüm hadisəsi qeydə alınıb. Bu günədək 454 329 nəfər sağalıb.

Mövzunu Facebookda şərh et