Boliviyanın sabiq prezidenti terrorçuluqda ittiham olunubbackend

Boliviyanın sabiq prezidenti terrorçuluqda ittiham olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boliviya prokurorluğu rəsmi olaraq keçmiş prezident Evo Moralesi terrorizmdə ittiham edərək onun həbs olunmasını dair sorğu göndərib.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə prokurorluğun mətbuat xidməti bildirib.

Bildirilib ki, “Səsyazma İşini” icra edən prokurorlar komissiyası sabiq prezident Evo Moralesi terrorizm və terrorçuluğun maliyyələşdirilməsində rəsmi olaraq ittiham etmək qərarına gəlib.

Morales istefasından sonra başlayan “2019-cu il noyabr toqquşmaları zamanı şəhərlərin qida blokadasını əlaqələndirməkdə ittiham olunur.

Öz növbəsində sabiq prezident prokurorun qərarını siyasi təqib adlandırıb.