Hindistanda koronavirusdan ölənlərin sayı 20 mini keçdi

22:05 | 7 İyul, 2020

Koronavirusa yoluxanların sayı gün keçdikcə artmaqdadır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən bugünkü statistikaya görə dünya üzrə koronavirusa yoluxanların sayı 11 milyon 747 mindən artıqdır.

Hindistan koronavirusa yoluxma sayına görə 3-cü yerdədir. Bu ölkədə koronavirus səbəbindən ölənlərin sayı 20178 nəfərdir.

Ən çox yoluxma halı Maxaraştra ştatında baş verir. Bu ştatda 9 mindən çox insan koronavirus səbəbindən ölüb. Delhidə isə 1 milyondan çox insan koronavirusa yoluxub, 3 min insan bu səbəbdən dünyasını dəyişib.

Qeyd edək ki, Hindistanın 1 milyard 380 milyondan çox əhalisi var.

//milli.az

Mövzunu Facebookda şərh et