Yaponiyada güclü yağış və sürüşməyə görə 1,28 milyon insan təxliyə olunacaq

22:29 | 7 İyul, 2020

Yaponiyada güclü yağış səbəbindən 1,28 milyon insanın təxliyə olunması barədə qərar çıxarılıb.

Editor.az APA-ya istinadən xəbər verir ki, Yaponiyanın cənub-qərbindəki dörd prefekturada (Fukuoka, Kumamoto, Naqasaki, Oita) evakuasiya elan edilib.

Şənbə günündən bəri Yaponiyanın cənub-qərbində yağan güclü yağış, sel, daşqın və torpaq sürüşmələri nəticəsində 52 nəfərin öldüyü, 2 nəfərin vəziyyətinin ağır olduğu, 12 nəfərin itkin düşdüyü bildirilir. Kyushuda 7 minə yaxın insan işıqsız qalıb.

Fəlakət bölgəsində 10 minə yaxın xilasedici və hərbi qulluqçu işləyir. Yağıntılar cənub-qərbdən şimala doğru hərəkət edir. Bir sıra yerlərdə yollar və körpülər dağılıb, bu da fəlakətin miqyasını qiymətləndirməyi çətinləşdirib. Ölkənin cənub-qərb bölgəsində avtomobil istehsalçıları, banklar və digər şirkətlər fəaliyyətini dayandırıb.

Mövzunu Facebookda şərh et