Azərbaycanda deputatın rəis oğlu koronavirusa yoluxdu: İdarə karantinə alındı

09:30 | 8 İyul, 2020

Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Elşad Məmmədov koronavirusa yoluxub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, rəis bir neçə gündür xəstəxanada müalicə alır.

Bildirilib ki, mərkəzin əməkdaşları karantinə alınıb.

Qeyd edək ki, Elşad Məmmədov Milli Məclisin deputatı Elman Məmmədovun oğludur.

Deputat Oxu.Az-a açıqlamasında məlumatı təsdiq edib:

“Üç gündür COVID-19-a yoluxub. Hazırda xəstəxanada müalicəsini davam etdirir”.

Deputat qeyd edib ki, E.Məmmədovla birlikdə yaşamadıqları üçün analiz verməyiblər.

Mövzunu Facebookda şərh et