Ukraynada meşə yanğınları: Ölənlər var – VİDEO

10:36 | 8 İyul, 2020

Ukraynanın Luqansk vilayətində meşə yanğınları tüğyan edir.

Artıq 125 ev kül olub, yanğın nəticəsində beş nəfər ölüb, doqquz nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə RT xəbər yayıb.

Bildirilir ki, yanğının söndürülməsi üçün 386 nəfər və 90 vahid texnika cəlb edilib.

Mövzunu Facebookda şərh et