Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı – FOTO/VİDEObackend

Bakıda karantin qaydalarını pozan kafe aşkarlandı – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhərində karantini pozan kafe aşkarlanıb.

Editor.az-ın məlumatına görə, ötən gün saat 17:15-də Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi (PŞ) əməkdaşlarının keçirdikləri reyd nəticəsində Sabunçu bazarının içərisində yerləşən adsız kafedə epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin qaydalarının pozulması aşkar edilərək doqquz nəfər şəxs saxlanılıb.

Belə ki, kafenin icarədarı paytaxt sakini, 1962-ci il təvəllüdlü Məlakə Xəlilova və digərləri saxlanılaraq 12-ci PŞ-nə gətirilib.

Məhəbbət Quliyeva, Nəriman Kərimov və Səddam Əlili İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə barələrində inzibati protokollar tərtib olunaraq, baxılması üçün aidiyyəti üzrə Sabunçu Rayon Məhkəməsinə göndərilib.

12-ci PŞ-nə gətirilən digər altı nəfər barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib edilərək, hər biri 200 manat məbləğində cərimə olunub və ümumilikdə 1 200 manat məbləğin tam şəkildə ödənilməsi təmin edilib.