34 yaşlı kişi elektrik mişarı ilə ayağını kəsdi

19:22 | 8 İyul, 2020

Bərdədə 34 yaşlı kişi ehtiyatsızlıqdan elektrik mişarı ilə ayağını kəsib.

Editor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şirvanlı kəndində qeydə alınıb.

Kənd sakini Behbudov Xəyyam Behbud oğlu işlədiyi sexdə elektrik mişarı ilə dəmir kəsərkən ehtiyatsızlıqdan sağ ayağını iki yerdən kəsib.

X.Behbudov Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib, vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

Mövzunu Facebookda şərh et