“Kristal Pelas” – “Çelsi” oyununda 5 qol vuruldu

19:25 | 8 İyul, 2020

İngiltərə çempionatının 34-cü turunda “Çelsi” futbolçuları “Kristal Pelas” komandasını məğlub edib.

Editor.az Trend-ə istinadən bildirir ki, görüş “Kristal Pelas” stadionunda keçirilib və 3:2 hesabı ilə sona çatıb.

Qaliblər tərəfindən qolları Olivye Jiru (6-cı dəqiqə), Kristian Pulişiç (27-ci dəqiqə) və Temmi Abraham (71-ci dəqiqə) vurublar. Meydan sahiblərindən isə Vilfrid Zaa (34-cü dəqiqə) və Kristian Benteke (72-ci dəqiqə) fərqləndiblər.

“Çelsi” ölkə premyer liqasında 60 xalla üçüncüdür. Ardıcıl dördüncü məğlubiyyətə uğrayan “Kristal Pelas” isə 42 xalla 14-cü yerdə qərarlaşıb.

34-cü turun digər oyununda “Uotford” öz meydançasında “Norviç”i məğlub edib – 2:1.

Mövzunu Facebookda şərh et