İspaniyada 53 minə yaxın tibb işçisi COVID-19 xəstəliyinə tutulub

19:27 | 8 İyul, 2020

İspaniyada 53 minə yaxın tibb işçisi, yəni ölkədəki bütün tibb işçilərinin 10 faizi COVID-19 xəstəliyinə tutulub.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu ölkədə koronavirusa yoluxanların ümumi sayı 250 minə yaxındır. Lakin ekspertlərin sözünə görə, yoluxanların real sayı 2,5 milyondan çoxdur, yəni orta hesabla İspaniya sakinlərinin hər 20 nəfərindən biri COVID-19 xəstəliyinə tutulub.

Tibb işçilərinin yoluxmaya daha çox məruz qalması onların peşə fəaliyyəti ilə bağlıdır. Sonrakı yerləri sosial işçilər (təqribən 8 faiz), polislər və yanğınsöndürənlər tutur (6 faizdən çox).

Mövzunu Facebookda şərh et