Avropa İttifaqı koronavirusun vurduğu ziyanı qarşılamaq üçün Polşaya maddi yardım ayırıb

19:31 | 8 İyul, 2020

Avropa İttifaqı koronavirusun vurduğu ziyanı qarşılamaq üçün Polşaya 63,8 milyard avro məbləğində yardım ayırıb.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, İtaliya və İspaniyadan sonra üçüncü ən böyük dəstək məbləğini alacaq Polşa həmin pulları virus səbəbindən artan işsizliklə mübarizəyə və biznesin dirçəldilməsinə sərf etməlidir.

Bu qərar Polşa hökumətini razı salsa da, bir sıra ölkələri qane etmir. Onlar narazılıqlarına əsas kimi Polşanın pandemiyadan o qədər də güclü zərbə almadığını, habelə hazırkı hökumətin tutduğu siyasi mövqeyi göstərirlər. Xüsusilə Prezident Andjey Dudanın eynicinslilərə qarşı çıxışları da bir sıra ölkələrin baxışları ilə üst-üstə düşmür.

Büdcə ilə bağlı Avropa Komissiyasının növbəti iclası iyulun 17-də baş tutacaq və həmin gün yekun qərarın qəbulu gözlənilir.

Mövzunu Facebookda şərh et