Bakıda “Toyota” qarət olundu

19:48 | 8 İyul, 2020

Bakıda avtomobil qarət olunub.

Editor.az Trend-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində baş verib.

Qəsəbə sakini Ü.Vəliyevə məxsus “Toyota” markalı avtomobildən 325 manat pul, 1890 manat dəyərində video registrator, 700 manat dəyərində mobil telefon, eynək və geyim əşyaları oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 1983-cü il təvəllüdlü Məsud İbrahimov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzunu Facebookda şərh et