Ata 10 yaşlı qızını kəmərlə boğub öldürdü – Səbəb dəhşətə gətirir

19:55 | 8 İyul, 2020

İranda qeyri-adi səbəbli qətl hadisəsi törədilib.

Ata 10 yaşlı qızını kəmərlə boğaraq öldürüb. Hakim qarşısına çıxarılan kişi cinayəti etiraf edib. Onun ifadəsinə görə, əsəblərini idarə edə bilmədiyindən belə bir əməl törədib.

Hüseyn Ələf adlı kişi 10 yaşlı qızı Xədicə Oruclunu boğaraq öldürüb. Kişi ifadəsində bildirib ki, qızı onun üstünə qışqırdığına görə onu öldürüb.

“O, mənim üstümə qışqırdı, əsəbləşdim və nə edəcəyimi bilmədim, belə bir hadisə baş verdi”, – deyə Hüseyn peşiman olduğunu dilə gətirib.

//milli.az

Mövzunu Facebookda şərh et