Nigeriyada qayıq batıb, 14 nəfər ölüb

20:51 | 8 İyul, 2020

Nigeriyanın cənub-şərqində qayıq batıb.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə yerli polisin nümayəndəsi bildirib.

Hadisə zamanı qayığın göyərtəsində 23 sərnişin olub.

Hazırda xilasedicilər yalnız iki nəfəri xilas edə biliblər. Daha 7 nəfər itkin düşmüş sayılır. Qayıq Benue ştatının paytaxtı Makurdi yolda olduğu zaman batıb.

Mövzunu Facebookda şərh et