“Gənclərbirliyi” – “Fənərbağça” oyununda sülh

20:54 | 8 İyul, 2020

Futbol üzrə Türkiyə çempionatının XXXI turunun birinci qarşılaşmasında “Fənərbağça” səfərdə “Gənclərbirliyi”nin qonağı olub.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, maraqlı keçən qarşılaşmada qalib müəyyənləşməyib. Tərəflərin hər biri oyunda bir dəfə fərqlənərək heç-heçə ediblər. “Fənərbağça”nın heyətində Əmrə Belözoğlu, meydan sahiblərinin heyətində isə Boqdan Stanku fərqlənib.

Türkiyə çempionatında hazırda “Başakşəhər” 63 xalla turnir cədvəlinin lideridir. “Trabzonspor” 61 xalla ikincidir. “Sivasspor” 54 xalla üçüncü, “Qalatasaray” klubu isə 52 xalla dördüncü pillədə qərarlaşıb.

Mövzunu Facebookda şərh et