Daha bir icra başçısı karantin qaydalarını pozdu — FOTOLARbackend

Daha bir icra başçısı karantin qaydalarını pozdu — FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir icra başçısı karantin qaydalarını pozub.

Xüsusi karantin rejimi ilə əlaqədar iyulun 6-da Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovun və Bakı Şəhər İcra Hakimiyyətinin məsul şəxslərinin iştirakı ilə mobil qrup üzvləri tərəfindən əhalinin sıx toplaşdığı məkanlarda, ictimai-iaşə və ticarət obyektlərində reydlər keçirilib.

Bu zaman icra başçısı Əziz Əzizov və onun yanında olan şəxslər xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozublar. Onlar qapalı və açıq məkanlarda 5 nəfərdən artıq şəxslərlə bir yerə toplaşıblar.

Karantin qaydalarının pozulduğunu əks etdirən görüntülər Suraxanı Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsində də yerləşdirilib.

Qeyd edək ki, Operativ Qərargahın 2 iyul qərarına əsasən, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir.

.

//Demokrat.az