Türkiyədə 4,4 bal gücündə zəlzələ olub

15:10 | 9 İyul, 2020

Türkiyədə 4,4 bal gücündə zəlzələ baş verib.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Malatya şəhərinin Battalqazi rayonunda, ocağı isə 7,01 kilometr dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Mövzunu Facebookda şərh et