“Kosmetoloq yanına getmədən 35 yaşına kimi baxımlı qala bilmək mümkündür”

17:49 | 9 İyul, 2020

-Oxuculara özünüzü necə təqdim edərdiz?

-Hazırda estetika sahəsində kosmetoloqlar çoxdu. Bu sahədə uğur qazanmağın sirri nədir?

İlk növbədə kosmetologiyada irəli getmək istəyirsinizsə əl işləriniz mükəmməl, fantasiyanız yüksək olmalıdır. Bunun üçün üzərinizdə çalışmanız, öyrənməniz vacibdir. İkinci öz işlərini izləyicilərə pasientlərə gözəl çatdıra bilməkdir. Keyfiyyətli iş görürsünüzsə işinizin PR-ı , reklamı da keyfiyyətli olmalıdır. Pasientlərinizlə səmimi olmalısınız, onlarla elmi terminlərlə deyil onların başa düşdüyü dildə istədiklərinizi çatdırmalısınız. Özünüzə rəva bilmədiyiniz bir şeyi (proseduru, preparatı) onlara da etməməlisiniz və s.

-Nəyə görə məhz kosmetologiyanı seçdiniz??

Çünki mən gözəlliyi sevirəm. Uşaqlıqdan gözəl hər şeyə saatlarla baxa bilərdim. Çox sürətpərəstəm. Və ilk növbədə özümdən başladım. Özümü gözəl hiss edənə qədər dəyişməyə çalışdım. Daha sonra zövqümə güvəndim. Və başlayandan sonra necə bu işi sevdiyimi, işdən necə həzz aldığımı gördüm. Və dedim ki bu məhz mənim edə biləcəyim ən ideal işdir.

-Qadınlar ən çox hansı prosedurlara görə müraciət edirlər?

Dodaq dolğusu və son bir neçə ildə burun korreksiyası. Lakin son zamanlar mən ən çox “Full Face” edirəm. Bu bir günün içində pasientin üzünə uyğun yaxşılığa doğru dəyişəcəyi prosedurları edirik. Və xanım 2 saat sonra özünü güzgüdə tanımayacaq qədər gözəl dəyişmiş olur.

-Baxımlı qalmaq üçün nə etmək lazımdır?

Kosmetoloq yanına getmədən 35 yaşına kimi baxımlı qala bilmək mümkündür. Necə? 25 yaşından başlayaraq üzünüzə ev şəraitində düzgün qulluq etməklə. Səhifəmdə bu kimi qulluqlar haqqında məlumatlar var. Lakin kosmetoloq yanına tək baxımlı qalmaq üçün deyil dəyişim etmək üçün gəlirlər.

-Ən çox işinizlə gündəmdəsiz. Şəxsi həyatınızı bölüşə bilərsiz izləyicilərlə?

Şəxsi həyatımı gündəmə qoymağı heç sevmirəm. Çünki mən işimlə tanınmaq üçün çaba göstərirəm. Bu isə işimə qeyri ciddi yanaşma kimi görünə bilər. Sadəcə olaraq hər kəs bilir ki ailəliyəm, iki övladım var.

-İnstagramda 160 mindən çox izləyiciniz var. sosial şəbəkələr sizin üçün nədir?

Bayaq da qeyd etdiyim kimi işim nə qədər professionaldırsa səhifəm də o cür professional olmalıdır. Bu gün instagram üzərindən tanınıram, sabah bir başqa sosial şəbəkə yarana bilər və mən orda da tanınmaq üçün əlimdən gələni edərəm. Səhifəmdə tək işlərimi deyil, həyata baxışımı, gündəlik həyat tərzimi, sevdiyim və sevmədiyim hər şeyi paylaşıram və bu maraq dairəsinə səbəb olur. Məqsədim dünya üzrə tanınmaq, işimlə daim irəli getməkdir.

-Hər zaman qadınları gözəlləşdirirsiz, onları xoşbəxt etməyə çalışırsız. bir qadın olaraq özünüzü xoşbəxt hiss edirsiniz ?

Hər bir xanımı xoşbəxt görmək məni də xoşbəxt edir. Hər prosedur sonra onların üzü güləndə mənim də üzüm gülür. Ondan başqa da bir indovidual olaraq soruşursunuzsa bəli, Allaha çox şükürlər olsun ki, çox xoşbəxtəm.

Sizi sevməyənlərə nə demək istərdiniz?

Məni bəyənməyən insanlar əlbəttə var və olmalıdır. Hər kəs bir individualdır və hər kəsin öz fikri, öz seçimi var. Mən də bu fikirlərə hörmətlə yanaşıram. Lakin bəyənməyənlərin çoxsu təəssüflər olsun ki, mənim həmkarlarım yəni kosmetoloqlardı. Onları mənim tez bir zamanda uğur qazanmağım qıcıqlandırır və mənə qarşı kin və nifrət olur. Onları başa düşürəm, amma arzu edirəm ki başları öz işlərinə qarışsın və mənimlə işləri olmasın. Çünki mən onlara heç sərf etməyən bir düşmən ola bilərəm

Hürriyət Azərbaycan ailəsi olaraq sizə təşəəkkür edirik Nigar xanım çox xoş oldu.

-Son olaraq bizim xanımlarımıza nə kimi tövsiyələr edərdiniz ?

– İlk öncə özünüzü sevin və özünüzə dəyər verin əziz xanımlar çünki,özünüzü nə qədər çox sevsəniz ətrafda sizi sevib,dəyər verəcək.

Mövzunu Facebookda şərh et