Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

19:39 | 9 İyul, 2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyulun 9-na olan statistik göstəriciləri açıqlayıb.

Editor.az  Trend-ə istinadən bildirir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7 505 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində indiyə qədər 544 735 test aparılıb. Aktiv xəstə sayı 8 589 nəfərdir, onlardan 329 nəfər reanimasiyadadır, 59 nəfər isə süni tənəffüs aparatına qoşulub.

Mövzunu Facebookda şərh et