UEFA-nın avrokuboklarla bağlı yeni qərarı – Rəsmi

19:54 | 9 İyul, 2020

Çempionlar Liqası və Avropa Liqasının 2019/20 mövsümünün oyunları, eləcə də 2020/21 mövsümünün seçmə mərhələlərinin görüşləri tamaşaçısız keçiriləcək.

Editor.az  Trend-ə istinadən bildirir ki, bu barədə Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Çempionlar Liqası və Avropa Liqasının 1/8 final mərhələsinin oyunları ev komandalarının arenalarında keçiriləcək.

Bu qərar qurumun icra komitəsinin iclasında qəbul edilib.

Mövzunu Facebookda şərh et