Rusiya turizmi koronavirusa görə 1,5 trilyon rubl itirib

15:44 | 10 İyul, 2020

Rusiyanın turizm sektoru koronavirus pandemiyasına görə 1,5 trilyon rubl itirib.ş

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Rusiya Turizm Sənayesi İttifaqının prezidenti Andrey İqnatyev deyib. O vurğulayıb ki, turizm sahəsinin bərpası üçün il yarım vaxt lazımdır. A.İqnatyevin sözlərinə görə, ölkədə çarter reysləri böyük ehtimal, bu ilin payızında həyata keçirilməyə başlanacaq.

“Aeroflot” şirkətinin rəsmi nümayəndəsi Mixail Demin isə bildirib ki, Rusiyada beynəlxalq aviareyslərin həyata keçirilməsi üçün meyarlar Avropa qaydalarına uyğun olmalıdır və qadağalar iki mərhələdə aradan götürüləcək. Hazırda hər mərhələdə aviasiya əlaqələrinin bərpa ediləcəyi ölkələrin siyahısı tərtib olunur.

Xatırladaq ki, Rusiya koronavirus pandemiyası ilə əlaqədar beynəlxalq uçuşları bu il martın 27-dən tamamilə dayandırıb.

Mövzunu Facebookda şərh et