Türkiyə sahillərində 30-a yaxın miqrant xilas edildi

15:50 | 10 İyul, 2020

Türkiyənin Çanaqqala vilayətinin sahillərində qeyri-qanuni miqrantların olduğu qayıq batıb.

Editor.az Trend-ə istinadən bildirir ki, Ayvacık rayonu sahillərində gəmidə yanacaq çəninin yanması nəticəsində miqrantlar özlərini dənizə atıblar.

Sahil Mühafizəsi komandanlığı əməkdaşları müxtəlif ölkələrdən olan 27 qanunsuz miqrantları xilas edə bilib.

Miqrantlar sahil mühafizə gəmisinə götürülərək Kuchukkaya şəhərinə aparılıb.

Mövzunu Facebookda şərh et