Tehranın qərbində partlayış səsləri eşidilib

15:52 | 10 İyul, 2020

İranın Tehran vilayətinin qərbində partlayış səsləri eşidilib.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə IRIB teleradio yayım korporasiyası bildirib.

Hadisənin Qarmdarre və Kods şəhərləri yaxınlığında baş verdiyi qeyd olunur. Bundan əlavə, bəzi məlumatlara görə, Kods şəhərində işıq sönüb.

Digər təfərrüatlar hələ verilməyib.

Mövzunu Facebookda şərh et