Meksikada sutkada rekord sayda koronavirusa yoluxma faktı qeydə alınıb

15:53 | 10 İyul, 2020

Meksika həkimləri son sutkada ölkədə 7 280 yeni koronavirus ilə yoluxma hadisəsini qeydə aldılar ki, bu da bir gün əvvəldən 285 nəfər çoxdur.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı hesabatda deyilir.

Söhbət ölkədə fevral ayının sonlarında epidemiyanın başlamasından bəri rekord göstəricidən gedir.

Yoluxanların ümumi sayı 282,283-ə çatıb, son iki həftə ərzində xəstəliyin əlamətləri 29,129 nəfərdə özünü göstərib.

Son 24 saat ərzində 730 ölüm faktı qeydə alınıb.. Yoluxanlar arasında ölənlərin sayı 33 526-a yüksəlib.

Mövzunu Facebookda şərh et