Koronavirus çimərlikdə yoluxmur — “Çimərkən qorxmayın, virus suda ölür”

09:47 | 12 İyul, 2020

Yeni növ koronavirus (COVİD-19) çimərlikdə çimən zaman yoluxmur.

“İnterfaks” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya İstehlakçıların Hüquqları və Mənafelərinin Qorunması Sferasında Federal Nəzarət Xidməti (Rospotrebnadzor) məlumat yayıb.

Xidmət nəzərə çatdırıb ki, çimərkən koronavirusdan qorxmamaq lazımdır, virus  suda ölür:

“Açıq su məkanları koronavirus infeksiyasının yoluxma mənbəyi sayıla bilməz. Açıq su məkanlarında Günəş şüaları virusu məhv edir. Belə yoluxma halı da indiyə qədər qeydə alınmayıb”.(APA)

Mövzunu Facebookda şərh et