Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub

10:41 | 12 İyul, 2020

Bakıda yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 120 m2 olan 3 otaqlı mənzilin bir otağının yanar konstruksiyaları və ev əşyaları 15 m2 sahədə yanıb. Yüksək temperaturdan eyvanın plastikdən ibarət pəncərə çərçivəsi 6 m2 sahədə qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

//Editor.az

Mövzunu Facebookda şərh et