“Mançester Siti” ikinci oldu, “Norviç” elita ilə vidalaşdı

10:43 | 12 İyul, 2020

İngiltərə Premyer Liqasında XXXV tura start verilib.

Editor.az apasport.az-a istinadən bildirir ki, çempion “Liverpul” öz meydanında “Bernli”nin müqavimətini qıra bilməyib.

İlk “üçlüy”ün digər sakinləri “Mançester Siti” ilə “Çelsi” səfər oyununa çıxıb. Londonlular “Şeffild Yunayted”lə qarşılaşmada gözlənilmədən böyükhesablı məğlubiyyətə düçar olub.

“Şəhərlilər” isə “Brayton” üzərində asan qələbə qazanıb. Bu 3 xal onların sona 3 tur qalmış ikinci yeri tutması üçün kifayət edib. Komanda 6-cı dəfə mövsümü gümüş medalla bitirib.

Maykl Antonionun poker etdiyi matçda “Vest Hem”ə böyük hesabla yenilən “Norviç”in Premyer Liqanı tərk edəcəyi də dəqiqləşib.

Qeyd edək ki, turun qalan oyunları 12-13 iyulda keçiriləcək.

İngiltərə Premyer Liqası
XXXV tur
11 iyul
“Norviç” – “Vest Hem” – 0:4
Antonio, 11, 45+1, 54, 74
“Uotford” – “Nyukasl” – 2:1
Deney, 52 (pen.), 82 (pen.) – Qayl, 23
“Liverpul” – “Bernli” – 1:1
Robertson, 34 – Rodriges, 69
“Şeffild Yunayted” – “Çelsi” – 3:0
Makqoldrik, 18, 77; Makberni, 33
“Brayton” – “Mançester Siti” – 0:5
Sterlinq, 21, 53, 81; Qabriel Jezuş, 44; Bernardo Silva, 57

Mövzunu Facebookda şərh et