“Barselona” və “Atletiko” turu qələbə ilə başa vurdu

11:57 | 12 İyul, 2020

İspaniya La Liqasında XXXVI tur başlayıb.

Editor.az apasport.az-a istinadən bildirir ki, ilk gündə 3 oyun keçirilib.

Çempionluq ümidini davam etdirən “Barselona” səfərdə “Valyadolid”ə 1 qolla qalib gəlib.

3-cü pillədəki mövqeyini qorumağa çalışan “Atletiko”nun “Betis”lə Madriddəki matçının taleyini də 1 top həll edib. “Atletiko” son yarım saatı azlıqda keçirməsinə baxmayaraq, Dieqo Kostanın 74-cü dəqiqədə vurduğu qol sayəsində aktivinə 3 xal yazdırıb.

Turun digər görüşləri iyulun 12-13-də keçiriləcək.

İspaniya La Liqası
XXXVI tur
11 iyul
“Osasuna” – “Selta” – 2:1
Enrix, 23; Joze, 90+1 – Mina, 10
“Valyadolid” – “Barselona” – 0:1
Vidal, 15
“Atletiko” – “Betis” – 1:0
Dieqo Kosta, 74

Mövzunu Facebookda şərh et