“Hər hansı ərazi itkisinə yol verilməyib” – Rəsmi açıqlama

17:57 | 12 İyul, 2020

Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı yayılan məlumatla bağlı Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı münasibət bildirib.

Nazirlik rəsmisi yayılan məlumatların əsassız olduğunu deyib:

“Ermənistan silahlı qüvvələri bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi cəhdlərinin qarşısı qətiyyətlə alınıb və hər hansı ərazi itkisinə yol verilməyib. Əməliyyat şəraiti qoşunlarımızın nəzarəti altındadır”.

//Yenisabah.az

Mövzunu Facebookda şərh et