Füzuli Ələkbərovun anası və həyat yoldaşı koronavirusdan dünyasını dəyişdi

18:26 | 12 İyul, 2020

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərova ağır itki üz verib.
Sabiq nazirin həyat yoldaşı İradə Ələkbərova  ötən gün 62 yaşında koronavirusdan dünyasını dəyişib.

Mərhum bu gün dəfn edilib.

Xatırladaq ki, F. Ələkbərovun anası bir neçə gün öncə koronavirusdan vəfat edib.

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!

//unikal.org

Mövzunu Facebookda şərh et