Cənubi Afrikada koronavirus səbəbindən alkoqol satışına qadağa qoyuldu

10:25 | 13 İyul, 2020

Cənubi Afrika Respublikasının (Cənubi Afrika) prezidenti Kiril Ramafosa alkoqol satışına qoyulan qadağa da daxil olmaqla, koronavirusun yayılmasının qarşısını almaq üçün hazırlanan məhdudlaşdırıcı tədbirlərin siyahısını genişləndirdi.

Editor.az Trend-ə istinadən bildirir ki, alkoloqol satışına qoyulan qadağaya əlavə olaraq, 13 iyuldan etibarən ölkədə komendant saatı tətbiq olunur.

Yerli vaxtla 21:00-dan 04:00-a qədər evdən çıxmaq qadağandır.

Küçədə maskalar taxmaq məcburi hala gəlir. Bundan əlavə, fövqəladə vəziyyət rejimi avqustun 15-dək uzadılıb.

Mövzunu Facebookda şərh et