Argentinada koronavirusa yoluxanların sayı 100 mini keçib

10:26 | 13 İyul, 2020

Argentinalı həkimlər sutkada 2 657 yeni koronavirusa yoluxma faktı aşkar ediblər.

Editor.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Məlumata əsasən, ümumi yoluxanların sayı 100 166 nəfərə çatıb.

Respublikada sutkada 35 koronavirusa yoluxan xəstənin ölümü təsdiqlənib. Ümumilikdə 1845 nəfər orada pandemiyanın qurbanı oldu. 42 694 xəstə sağalıb.

Mövzunu Facebookda şərh et