“Uşağımı quru böhtandan qoruya bilmədim” – Brilliant Dadaşova

10:49 | 13 İyul, 2020

Aman-zaman uşağımı da şər-şeytandan, quru böhtandan qoruya bilmədim.

Editor.az axşam.az-a istinadən bildirir ki,bu sözləri Xalq artisti Brilliant Dadaşova İnstaqram-da yazıb. Oğlu Cahadın uşaqlıq videosunu paylaşan müğənni bunları əlavə edib:

“Oğlum, məni bağışla… Kaş sənə əvvəldən, balacalıqdan “milli xüsusiyyətimizə” çevrilmiş söz bazların, iftiraçıların, paxıl ünsürlərin nisbətən çoxluq təşkil etdiyini izah edərdim.

Hamımızın balasını Allah qorusun. Bəndə kimdir ki… Bəli, xalqımız 30 ildir şəhid verir. Məncə, bir-birimizin, həyatın təbəssümün dəyərini daha çox bilməliyik.

Bu qəhqəhəni atanda 2000-ci il idi. Heç narahat olmayın… Çətin bu dünyanı sarsıdan pandemiyadan sonra hansımızsa belə qəhqəhə ataq”.

İzləyiciləri Dadaşovanın paylaşımına tənqidlər yazıblar. Onlar cəbhədə döyüş getdiyi ərəfədə müğənninin bu cür paylaşım etdiyini qınayıblar.

Qeyd edək ki, Dadaşovanın oğlu “Fairmont” oteldə karantin qaydalarının pozulması haqda məlumatlarla bağlı “İşverən”lər, sizə bu məsələ təsir etdi, çünki sizi ora dəvət etmədilər. Şəkli çəkəndəki həvəsə bax. Yuxarı qalxıb ki, foto çəksin?” paylaşımını etmişdi.

Mövzunu Facebookda şərh et