Rusiyada təyyarə qəzaya uğrayıb, ölən və yaralanan var

11:48 | 13 İyul, 2020

Rusiyanın Nijni Novqorod vilayətində “An-2” təyyarəsinin qəzaya uğraması nəticəsində 1 nəfər həlak olub.

Editor.az AZƏRTAC-a istinadən bildirir ki, hadisə səhərə yaxın baş verib. Təyyarə Kistenevo yaşayış məntəqəsi yaxınlığında yerə düşüb və yanıb. Nəticədə bir nəfər həlak olub, bir nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Mövzunu Facebookda şərh et