Yaponiyada daşqın və torpaq sürüşməsi qurbanlarının sayı 72 nəfərə çatdı

13:32 | 13 İyul, 2020

Daşqın, torpaq sürüşməsi və geniş miqyaslı dağıntılara səbəb olan leysan yağışlarının davam etdiyi Yaponiyanın geniş ərazilərində ən azı 72 nəfər həlak olub.

Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası məlumat verib.

Ən azı 13 nəfərin itkin düşdüyü bildirilir. Əsas zərbə Kumamoto prefekturasına düşdü – orada ən az 64 nəfər həlak olub.

Prefekturaya Yaponiyanın Baş naziri Şinzo Abe baş çəkib. O, ölkə hakimiyyətinin fəlakətdən zərər çəkmiş bölgələrin sürətlə bərpası üçün lazım olan hər şeyi edəcəyini söz verib.

Ölkənin Milli Özünümüdafiə Qüvvələrinin 20 mindən çox əsgərinin qoşulduğu fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam edir.

Mövzunu Facebookda şərh et