Makedoniya türklərinin lideri: “Ermənistan ordusu böyük itkilər verib”

13:46 | 13 İyul, 2020

Dünənki hücum bir daha sübut etdi ki, müharibə birbaşa Ermənistan tərəfindən aparılır.

Bu sözləri Makedoniya Türk Hərəkat Partiyasının lideri , Makedoniya Parlamentinin deputatı Enes İbrahim bildirib.

“Partiyamız adından Azərbaycan xalqına dərin hüznlə başsağlığı veririk. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimiz şəfalar diləyirik.

Beynəlxalq təşkilatlar Ermənistan ordusunun hücumları ilə bağlı sərt bəyanatlar ünvanlamalıdırlar. Artıq işğala son qoyulmalıdır. Fikir verirsinizsə, gərginlik Qarabağda yox, Bu dəfə Ermənistan-Azərbaycan sərhədində baş verir. Özü də vəziyyəti Ermənistan gərginləşdirir. Azərbaycan postlarına hücum edir. Azərbaycan ordusu düşməni susdurub. Ermənistan ordusu böyük itkilər verib. Ermənistan tərəfi öz itkilərini gizlədir”.

//Demokrat.az

Mövzunu Facebookda şərh et