Dünyada koronavirusa yoluxanların sayı 13 milyonu keçdi – STATİSTİKA

13:54 | 13 İyul, 2020

Dünyada koronavirusa yoluxanların sayı 13 041 499 nəfərə çatıb.

Editor.az xəbər verir ki, bu zamana kimi virusdan 571 659 nəfər ölüb, 7 588 092 nəfər isə sağalıb.

Koronavirusun ən çox yayıldığı qitə Şimali Amerika (4 000 714), ölkə isə ABŞ-dır (3 413 995 nəfər).

Azərbaycanda koronavirus 24 041 nəfərdə aşkarlanıb. Virusa yoluxanlardan 306 nəfəri həyatını itirib, 15 093 xəstə sağalıb.

Mövzunu Facebookda şərh et