backend

Fikrət Qocanın oğlunun qətlinin bəzi – Təfərrüatları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq şairi Fikrət Qocanın oğlunun qətlinin bəzi təfərrüatları məlum olub.
Nəsimi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə baş verməzdən əvvəl Fikrət Qocanın oğlu Yalçın Qocayev tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə yeyib-içiblər.
Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb.
E. Nəhmədov mübahisə zəminində Y. Qocayevi döyərək qətlə yetirib.