Göyçayda sürücü sükan arxasında ölübbackend

Göyçayda sürücü sükan arxasında ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Göyçay rayonunda yolda hərəkətdə olan avtomobilin sürücüsü qəflətən ölüb.

Bu gün axşam saatlarında rayonun Potu kənd sakini, 1958-ci il təvəllüdlü Hüseynov Rauf Allahverdi oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə Göyçay-Ucar yolunda hərəkətdə olarkən qəflətən ürək tutması səbəbindən dünyasını dəyişib.

Avtomobil yoldan çıxaraq çökək əraziyə düşüb. Hadisə zamanı avtomobildə sərnişin olmayıb.

Faktla bağlı araşdırma aparılır.

//APA